İnsanlara hürriyət, millətlərə istiqlal!

10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirildi

Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı mərasimi keçirilib.

Musavat.com xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgidə 200-ə yaxın yerli və xarici təşkilatın, 90-dan çox tanınmış ədəbiyyat xadimi iştirak edir.

Eyni zamanda sərgidə azərbaycanlı yazıçı və şairlər, o cümlədən gənc yazarlar və tanınmış xarici yazıçılar iştirak edir.

Açılış mərasimində çıxış edən xalq yazıçısı Anar Rzayev sərginin əhəmiyyətindən və vacibliyindən danışıb, altı 6 gün davam edəcək sərginin işinə uğurlar arzulayıb.

Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərslər, aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları təşkil ediləcək.

Qeyd edək ki, sərgi 8 oktyabra kimi davam edəcək.

Açılışda mədəniyyət naziri Adil Kərimli, AMEA Prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, Milli Məclisin vitse-spikeri akademik Rafael Hüseynov, Xalq yazıçısı Elçin Əfəndiyev və deputatlar, ictimai-mədəni xadimlər, media mənsubları iştirak ediblər.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR