İnsanlara hürriyət, millətlərə istiqlal!

Varujan Geqamyan: “Dünənki hadisə Paşinyanın gücünün olmadığını göstərdi”

 

Dünən Ermənistan ordusunun Azərbaycan hərbçilərinə qarşı törətdiyi təxribatdan sonra ağır itkilərlə geri çəkilməsi düşmən ölkədə müxalifətin əlinə yeni fürsət verib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunlardan biri də erməni türkoloq Varujan Geqamyandır.

“Dünən nə baş verdi və Ermənistan nə əldə etdi”,- deyə Varujan Qeqamyan öz Facebook səhifəsində yazır.

Geqamyana görə, Ermənistan:

- yeni ərazi itkiləri,

- yeni qurbanlar

- Tex kəndində və ətraf ərazilərdə daha bir xaraba kənd;

- düşmənin (Azərbaycan nəzərdə tutulur-red.) daim artan təzyiqi və hücumları;

- mövcud təhdidləri qabaqcadan görmək, həm də onlara müqavimət göstərmək iqtidarında olmayan hökumətlə baş-başa qalıb.

Revanşist analitikə görə, bunu 2020-ci ilin noyabrından 2023-cü ilin aprelinə qədər olan bütün hadisələr də təsdiqləyir. Paşinyan hökumətinin bütün siyasi təklifləri və proqramları tamamilə iflasa uğrayıb.

“Buradan sual yaranır: niyə indiki hökumət istefaya getməməlidir?

Cavab sadədir: çünki Ermənistan Respublikasının de-fakto baş naziri və onun “Vətəndaş sazişi” partiyası üçün ərazi və insan itkiləri bahasına olsa belə, öz hakimiyyətini saxlamaq bütün vəzifələrdən daha vacibdir. Bu, partiya mübarizəsi və ya daxili siyasət məsələsi deyil, Ermənistanın hər bir sakininin qapısını döyəcək real problemdir. Davamlı ictimai təzyiq olmadığı təqdirdə, bütün bunlar qaçılmaz olaraq davam edəcək”,- deyə Geqamyan yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR