İnsanlara hürriyət, millətlərə istiqlal!

Varşavada Azərbaycan bayrağı altında velotur keçirildi- Fotolar


Varşava şəhərində Polşa Azərbaycanlıları Şurası və Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun (DABF) birgə təşkilatçılığı ilə velosiped həvəskarları üçün velotur təşkil olunub.

Fonddan Musavat.com-a verilən xəbərdə bildirilir ki, Polşada yaşayan azərbaycanlıların asudə vaxtının səmərəli keçirilməsi, azərbaycanlılar arasında şəbəkələşmənin inkişafı, gənclərimiz arasında sağlam həyat tərzinin təbliği məqsədilə həyata keçirilən velotur
iştirakçılarına PolCare platformasının həmtəsisçiləri Yusif Əfəndizadə və Yusif Məmmədov tərəfindən təhlükəsizlik qaydaları barədə geniş məlumat çatdırşlıb: "Tur iştirakçılarının təhlükəsizliyi 2 avtomobilin müşayiəti ilə təmin edilib.

Azərbaycan bayrağı ilə bəzədilən veloyürüş Pole Mokotowskie metrosundan Zegrze gölünə qədər 40 km məsafəlik yolda 3 dəfə fasilə edilməklə 4 saat ərzində qət edilib.

Son məntəqəyə çatan tur iştirakçılarına açıq hava, göl kənarında piknik təşkil olunub".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR