İnsanlara hürriyət, millətlərə istiqlal!

Varlı olmaq üçün doğulan 3 bürc

Astroloqlar dünyanın ən varlı adamlarını araşdırıb, hansı bürclərə məxsus olduqlarını müəyyən ediblər. Bildiriblər ki, 3 bürcün milyarder olma ehtimalı çoxdur.

Yenisabah.az dünyaya varlı olmaq üçün gələn bürcləri təqdim edir:

Buğa: SEO Xidməti

Buğa bürcləri dünya milyarderlərinin 10 faizini təşkil edir, həmçinin, zənginlik, dəyər evini idarə edən bürc kimi tanınırlar.

Buğalar zərif şeyləri sevir və onları əldə etmək üçün çalışırlar. Buğanın məqsədi nəyin bahasına olursa olsun sabitlik və güzəştsiz rahatlıqdır.

Milyarder Buğa bürclərinə misal olaraq Facebook-un həmtəsisçisi, CEO Mark Zuckerberg, tozsoran maqnatı Ceyms Dyson, David Koch və Altana varisi, BMW-nin səhmdarı, xeyriyyəçi, Almaniyanın ən zəngin qadını Susanne Klatteni göstərmək olar.

Tərəzi:

Tərəzilər dünya milyarderlərinin 12 faizini təşkil edir. Venera tərəfindən idarə olunan və ilahi ədalət tərəzisi ilə təmsil olunan Tərəzi güclü estetik hissləri və zəifliyi ilə tanınır.

İstedadlı və yüksək sosial bacarıqlara sahib olaraq tanınan Tərəzilər ətrafa sevinc qatan fərdlərdir. Milyarderlər arasında bu bürcə məxsus olan modelyer Ralph Lauren, Walmart varisi Alice Walton və Zara və Mango kimi şirkətlərin daxil olduğu Inditex-in yaradıcısı Amansio Orteqa var.

Balıq:

Balıq bürcü dünya milyarderlərinin 11 faizini təşkil edir. Bu bürcdən olan insanların xəyalpərəst və güclü intuisiyaya malik olduqları bilinir.

Moët & Chandon, Dom Pérignon, Krug, Veuve Clicquot, Belvedere və Hennessy-nin daxil olduğu portfelinə malik dünyanın ən böyük lüks mallar şirkəti LVMH-nin təsisçisi və baş direktoru Bernard Arnault buna misaldır.

Digər Balıq bürcü milyarderləri arasında Nike şirkətinin həmtəsisçisi Fil Nayt və media maqnatı Rupert Merdok da var.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR