Onlayn ictimai-siyasi qəzet
Qarabağın dağlıq hissəsindəki qondarma qurumun "dövlət naziri" Ruben Vardanyan azərbaycanlı fəallar tərəfindən Laçın-Xankəndi yolunun kəsilməsi ilə Xankəndidə yaranmış situasiya barədə danışaraq deyib ki, bu əlverişsiz şəraitdə ehtiyatlara qənaət etmək, əhali üçün əlverişli yaşayış şəraiti yaratmaq üçün əllərindən gələni edirlər, anca bilmirlər ki, bütün bu işləri başa gətirməyə nə qədər zaman gedəcək.
Vardanyan qondarma qurumun xüsusi xidmət orqanlarının və digər məmurların öz işinin başında olduğunu, toplanan informasiyaları analiz etdiklərini bildirib və Ermənistanla Xankəndi arasında əlaqənin kəsilməsinin Xankəndidə olan Ermənistan vətəndaşlarının və Ermənistanda olan Qarabağ ermənilərinin geriyə qayda bilmədiklərini, problem yaşadıqlarını, onlara maksimum qayğı göstərildiyini qeyd edib.
Vardanyan onu da deyib ki, yaranmış situasiya ilə bağlı Azərbaycan tərəfi ilə, onları aşağılamayan danışıqlara hazırdırlar.
Qeyd edək ki, hazırda Qarabağ separatçılarının lideri Arayik Arutyunyanın Xankəndidə olmadığı bildirilir və bundan istifadə edən Ruben Vardanyan artıq qondarma qurumun 1-ci şəxsi kimi açıqlamalar verir.
Musavat.com
16 Oktyabr 2024
15 Oktyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ