İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Tayvana kamikadze dron verəcək

ABŞ və Tayvan 163,7 milyon dollara minə yaxın “Switchblade 300” və “ALTIUS 600M-V” kamikadze dronlarının tədarükünə dair müqavilə imzalayıb.

“Report” xəbər verir ki, bu barədə adanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, iki müqavilə haqqında məlumat Tayvan hakimiyyətinin satınalma saytında dərc olunub.

Onlardan birincisi, dəyəri 54 milyon dollardır, piyada əleyhinə PUA-ların tədarükü nəzərdə tutulur. Dəyəri 109,7 milyon dollar olan ikinci müqavilə zirehli texnikanın məhv edilməsi üçün pilotsuz uçuş aparatlarının tədarükündən ibarətdir.

Razılaşmanın şərtlərinə görə, 991 dron 2027-ci ilin sonuna kimi Tayvan ordusuna veriləcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR