İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Gürcüstana pul köçürmələri kəskin azalıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstana xarici ölkələrdən fiziki şəxslər tərəfindən 2,528 milyard dollar köçürülüb ki, bu da 2023-cü ilin analoji göstəricisindən 22 faiz azdır.

Musavat.com Gürcüstan Milli Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, doqquz ayda pulköçürmələrinin ən çox azaldığı istiqamət Rusiyadır: 445,8 milyon dollar. Bu, 2023-cü ilin analoji göstəricisindən 66 faiz azdır. Buna baxmayaraq, Rusiya Gürcüstana köçürmələrin həcminə görə birinci yerdə qalır.

İtaliya ikinci yerdədir. Yanvar-sentyabr aylarında İtaliyadan Gürcüstana 423 milyon dollardan çox vəsait köçürülüb ki, bu da 2023-cü ilin analoji göstəricisindən 9,6 faiz çoxdur. ABŞ üçüncü yerdədir. 2024-cü ilin yanvar ayından ABŞ-dan Gürcüstana 416,6 milyon dollar köçürülüb ki, bu da ötən illə müqayisədə 26 faiz çoxdur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR