İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni qızları kütləvi şəkildə hindli oğlanlara ərə gedirlər

Son illər Hindistandan Ermənistana miqrasiyanın artması ilə erməni qızlarının hindlilərə ərə getməsi hallarının sayı da artıb.

Musavat.com xəbər verir ki, bu, Ermənistan Ədliyyə Nazirliyinin Vətəndaşlıq Qeydiyyatı Agentliyinin və Ermənistan Dövlət Statistika Komitəsinin Ermənistan vətəndaşları ilə xarici vətəndaşlar arasında qeydə alınan nikahlara dair məlumatlarında əksini tapıb.

Son dörd il ərzində Ermənistanda 50-dən çox erməni-hind cütü nikahı qeydə alınıb. Maraqlıdır ki, qeydə alınmış nikahların yalnız birində erməni kişi Hindistan vətəndaşı ilə evlənib, digər hallarda isə erməni qızları hindistanlı kişilərlə evləniblər.

Vətəndaş Qeydiyyatı Agentliyinin məlumatına görə, son 4 ildə Ermənistan və Hindistan vətəndaşları arasında 4 boşanma faktı qeydə alınıb.

Diqqətçəkən başqa bir fakt: Məhkəmə İnformasiya Sistemində dərc olunan məlumatlara görə, son 4 ildə erməni-hindistanlı cütlüklərlə bağlı məhkəmələrdə boşanma, alimentin tutulması, valideynlik hüquqlarının məhdudlaşdırılması, uşağın yaşayış yerinin müəyyən edilməsi və s. ilə bağlı onlarla mülki mübahisəyə baxılıb və baxılır.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR