Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin avqustunda Rusiyanın xarici iqtisadi müqavilələri üzrə ödənişlər zamanı dost olmayan dövlətlərin valyutaları ilə hesablaşmaların balansı ardıcıl dördüncü ayda mənfi olub.
Musavat.com Rusiya Mərkəzi Bankına istinadən xəbər verir ki, iyul ayı ilə müqayisədə mənfi balans 1,8 dəfə artaraq 0,8 milyard dollardan 1,4 milyard dollara çatıb.
May ayında “toksik” adlandırılan belə valyutalarla hesablaşmaların kəsiri 0,1 milyard dolları ötübsə, iyunda bu, demək olar ki, 0,4 milyard dollara çatıb.
Rusiyanın mal və xidmətlərin xarici ticarət tədarükü üzrə hesablaşmaların ümumi müsbət saldosu mart ayında maksimuma çatıb - 16,3 milyard ABŞ dolları, bundan sonra ardıcıl olaraq apreldə 9,4 milyard dollara, may ayında 9,0 milyard dollara, iyunda 8,0 milyard dollara, iyulda 5,5 milyard dollara, avqustda 4,4 milyard dollara qədər azalıb. Yəni avqustda mart ayı ilə müqayisədə 3,8 dəfə, may ayından isə 2 dəfə az olub.
İyulda olduğu kimi, avqustda da ümumi balansın profisiti dost dövlətlərin valyutaları ilə xarici ticarət hesablaşmaları üzrə müsbət saldodan az olub və iyulda 5,9 milyard dollar, avqustda isə 5,2 milyard dollar olub.
Martda 8,6 milyard dollar, apreldə 3,6 milyard dollar, mayda 1,9 milyard dollar, iyunda 3,3 milyard dollar təşkil edən xarici ticarət müqavilələri üzrə Rusiya rublu ilə hesablaşmaların profisiti son yay aylarında kəskin azalaraq iyulda 0,3 milyard dollara, avqustda isə 0,5 milyard dollara düşüb.
Eyni zamanda, Rusiyanın xarici ticarət dövriyyəsində rubl ödənişlərinin payı bütün yay aylarında az dəyişib - iyunda 42,9 faiz, iyulda 42,8 faiz və avqustda 42,7 faiz. Avqustda zəhərli valyutalarla ödənişlərin xüsusi çəkisi artıb - iyunda 18 faizdən, iyulda isə 18,1 faizdən sonra 20,7 faizə qədər. “Dost” valyutalarla ödənişlərin payı isə iyunda 39,0 faiz, sonra iyulda 39,1 faizdən 36,4 faizə qədər azalıb.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ