İnsanlara hürriyət, millətlərə istiqlal!

Vardanyan Qarabağı Azərbaycanın tərkib hissəsində görən erməniləri cəzlandırmaqla hədələdi


“Biz bu gün Qarabağın ermənilərin əlində qalması üçün mübarizə aparanların hamısını dəstəkləyirik”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər Qarabağda rus sülhməramlılarının nəzarət etdiyi əraziyə gətirilən (və ya göndərilən-red.) Ruben Vardanyan tərəfindən səslənib.

“Qarabağın Azərbaycanın bir hissəsi ola bilməyəcəyini qəbul edən bütün qüvvələr bizim üçün məqbuldur. Biz bu qüvvələri birləşdirib dünyanın hər yerindən ermənilərin dəstəyini qazanmaq məqsədi güdürük. Bunun üçün Ermənistanda da platforma yaradılıb, onlar başqa ölkələrdə də yaradılacaq. Biz bu yolla getmək üçün dövlətlə konstruktiv işləyəcəyik.

O qüvvələr ki, başqa yol təklif edir, biz onlarla əməkdaşlıq edə bilmərik. Onlar təhlükəli rol oynayırlar”,-deyə Vardanyan bildirib. “Desant” iş adamı həmin şəxsləri cəzalandırmaqla hədələyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR