İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqner”lə bağlı ŞOK DETAL: 100-dən çox əsgər itkin düşüb...

Səfərbər edilmiş 100-dən çox rusiyalı “Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) ilə müqavilə imzalamaqdan imtina etdikdən sonra Luqansk vilayətində yoxa çıxıb.

Musavat.com bu barədə Ukrayna mediasının telegram kanallarında yaydığı məlumatlara istinadən xəbər verir.

İtkin düşən əsgərlərin yaxınları nəşrə bildiriblər ki, bu il aprelin 5-də Rusiyanın müxtəlif bölgələrindən, o cümlədən Moskva, Voronej və Tver vilayətlərindən səfərbər edilmiş 500-ə yaxın əsgər üç yük təyyarəsi ilə guya yerli hissəyə köçürülməsi məqsədilə Kurskdan Rostov-na-Donuya göndərilib.

Amma çatandan sonra əsgərləri gizli şəkildə Luqanska yönləndiriblər.

Əsgərləndən birinin həyat yoldaşı bildirib ki, aprelin 5-dən bəri onlardan xəbər yoxdu: “Ərim və onun səfərbər edilmiş 500 nəfərdən ibarət yoldaşları, əmrə əsasən, “IL-76MD” hərbi yük bortunda Rostov-na-Donuya səhra düşərgəsinə göndərilib. Onları üç göyərtə ilə göndəriblər, hər göyərtədə 170 nəfərdən”.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR