İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vaqner”dən ŞOK HƏDƏ: “Varşavaya yürüş” elan olundu!

Rusiyanın özəl hərbi şirkəti, Vaqner Qrupu “Varşavaya qarşı kampaniyaya” çağırış elan edib.

Musavat.com xəbər verir ki, bu barədə Polşanın “wydarzenia.interia.pl” saytı məlumat yayıb.

Saytın məlumatına görə, Priqojinin silahlıları “yürüşdə” iştirak etmək istəyən hər kəsə üç şərt qoyub və iyunun sonuna qədər yeni əsgərləri gözləyir.

“Vaqner”in şərtinə görə, Polşa paytaxtına hücum etməkdə maraqlı olan hər kəs iki həftə ərzində 700 kilometr qət etməyə hazır olmalı, həmçinin: “əlləri yuxarı”, “silahlarını at”, “paltarını çıxar”, “günah səndədir” ”, “ bu Belqoroda görədir”, “1612-ci ild olduğu kimi” polyak dilində bəzi ifadələri öyrənməlidir.

Jewginiej Prigożyn rekrutuje do tzw. marszu na Warszawę /Handout/AFP/Telegram: @wagnernew /East News

"Vaqner"çilərin yazdığına görə, könüllülərin pasporta ehtiyac yoxdur, lakin onlar da vegetarian ola bilməzlər. İşə qəbul 67 yaşdan aşağı bütün kişilər üçün açıqdır və iyunun 28-dək davam edəcək.

“Bunlar əsl axmaqlardır, başqa deyiləcək bir söz yoxdur. Lakin bu nə gülməli, nə də realdır,”,-deyə Defence24.pl analitiki Bartolomey Vıpartoviç danışıb. Yerli telegram istifadəçiləri isə elanı ələ salıblar.

“PISM” şirkətinin Belarus və Rusiyanın təhlükəsizlik siyasəti üzrə analitiki Anna Mariya Daynerin sözlərinə görə, Priqojinin “təklifi” ilk dəfə deyil və onun məqsədi Polşanın bu cür informasiya əməliyyatlarına reaksiyasını yoxlamaqdır.

“Bu, Rusiyanın qara təbliğatında yeni bir şey sayılmır, onu dəstəkləyənlər çoxdan Varşavanın Rusiya İmperiyasının şəhəri olduğunu və “geri qaytarılmaslı” olduğunu söyləyirlər. Və biz daha çox oxşar hərəkətlər gözləməliyik”, deyə Anna Mariya Dayner Twitter-də yazıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR