İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid forma yoxsa, sərbəst geyim?- Tələbələrin istəyi

Son zamanlar tələbələrin geyimi müzakirə obyektinə çevrilib.

Milli Məclisin deputatı Aqil Abbas da bu mövzuda Toplum TV-yə müsahibə verib.

"Sovet dövründə saqqal saxlamaq olardı? Hərbi dərsdə kimin üzündə tük vardısa, dərsə buraxmazdılar. Saçın uzundursa, dərsə buraxmazdılar. Şortiklə universitetə gedən gicdir. Ayıbdır. Yox bir "plavki" ilə getsinlər", - deyə deputat bildirib.

Qeyd edək ki, ölkəmizdə təhsil haqqında qanunvericilikdə tələbələrin geyim formaları ilə bağlı hər hansı tələb yoxdur.

Bəs tələbələr bu haqqda nə düşünür? Universitetlərdə də vahid geyim olmalıdır yoxsa onlar sərbəst formada geyinə bilərlər?

Mövzu ilə bağlı Müsavat Tv-nin əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib, onların fikirlərini öyrənib.

 

Nərminə Aydın,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR