İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Əhmədov: “Millətimi bu yolda yumruq kimi birləşməyə çağırıram”

Milli Məclisin iclasında çıxış edən istiqlalçı millət vəkili Vahid Əhmədov 18 Oktyabr Müstəqilliyin Bərpa Günü ilə bağlı çıxış edərək dedi ki, 31 ildə Azərbaycan çox böyük uğurlara imza atıb. Bu illərdə Azərbaycanın ən böyük uğuru 30 il işğal altında olan torpaqlarımızın işğaldan azad edilməsi olub. Burada Azərbaycan Prezidentinin uğurlu siyasəti, xalqımızın birliyi, ordumuzun qüdrəti öz sözünü deyib.

V.Əhmədov dedi ki, 20 ildən sonra Azərbaycanın öz torpaqlarını düşmənlərdən təmizləməsində xüsusi rol oynayan milli birliyimizin qorunması çox vacibdir. Deputat dedi ki, İranda, Rusiyada, Ukraynada baş verən hadisələr bizim milli birliyimizi qoruyub-saxlamağımızı zəruri edir: “Mən millətimi bu yolda Azərbaycan Prezidentini dəstəkləməyə, bir yumruq kimi birləşməyə çağırıram”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR