Onlayn ictimai-siyasi qəzet
Deputat Vahid Əhmədov Milli Məclisdəki çıxışında bildirdi ki, Azərbaycan ordusu bir günlük antiterror tədbiri ilə Qarabağdakı cinayətkar rejimi darmadağın edərək, ərazi bütövlüyümüzü tam təmin eləyib. “Başda Fransa olmaqla bir sıra Avropa dövlətləri Azərbaycanın qələbəsini qəbul edə bilmir”-deyən V.Əhmədov rəsmi Parisin təxribatlardan əl çəkmədiyini vurğuladı.
Musavat.com-un məlumatına görə deputat bildirdi ki, Fransa XİN rəhbəri Ermənistan səfəri zamanı Ağrıdağın fotosunu çəkib yaymaqla növbəti təxribatçı addımı atdı.
Bütün bunlara baxmayaraq, Qranada görüşündə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə əlaqədar sənədin imzalanmasına toxunan deputat bildirdi ki, faktiki olaraq Fransa prezidentinin Qranadada Azərbaycana qarşı planları fiaskoya uğradı.
V.Əhmədov qeyd etdi ki, Azərbaycan indiki situasiyada Rusiya sülhməramlılarının bölgədən tədricən çıxarılmasını və Xankəndidə idarəetməni həyata keçirməlidir.
E.Paşasoy,
Musavat.com
30 Noyabr 2024
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ