İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahan Kostanyan: "İrəvan və Bakı prinsipial məsələlərdə razılığa gələ bilmir"

“Elə prinsipial məsələlər var ki, onların ətrafında razılaşa bilmirik”.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan jurnalistlərlə söhbətində deyib.

O bildirib ki, hazırda delimitasiya prosesinin hansı ilin xəritəsi ilə aparılacağı məsələsində heç bir razılıq yoxdur.

Kostanyan əlavə edib ki, bu məsələlərdə tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır, lakin iş davam edir:

“Erməni tərəfi delimitasiya və demarkasiya, eləcə də sülh müqaviləsi mövzuları çərçivəsində mətnlərin müzakirəsi üçün görüşlərə həmişə hazırdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR