İnsanlara hürriyət, millətlərə istiqlal!

Üzümüzdə olan xallar nədən xəbər verir?

Dəridəki melanosit adlanan hüceyrələrin bir araya gələrək melanin piqmentini əmələ gətirməsi nəticəsində xallar yaranır.

Xallar çox vaxt anadangəlmə ola bilər və ya yaşadığımız müddətcə inkişaf edə bilər.

Xallar haqqında "Sayma, nə qədər saysan, bir o qədər artar" xürafatı da var. Amma əslində xalların artmasının başqa səbəbləri var.

Üzünüzdə xal sayında artım görürsünüzsə, ona səbəb ola biləcək bir neçə problem var.

*Üz bölgəsi digər bədən hissələrinə nisbətən günəşə daha çox məruz qalır. Günəş işığına uzun müddət məruz qalma dəridə melanin istehsalını artıra bilər ki, bu da xalların sayını çoxaldır.

*Genetik amil müəyyən fərddə xalların meydana gəlməsinə təsir göstərə bilər.

*Hamiləlik, yetkinlik və ya hormonal balanssızlıq kimi amillər üzdə yeni xal əmələ gəlməsini artıra bilər.

*Yaşlanma prosesi ilə dəridə xal sayı arta bilər. Bu, qocalmanın təbii nəticəsidir.

*Dəri zədələri və ya dərinin daimi qıcıqlanması xalların sayını çoxalda bilər. (cebhe.info)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR