Onlayn ictimai-siyasi qəzet
Parisdə yerləşən Notr-Dam kilsəsində terror aktı ilə bağlı xəbərdarlıq məktubu tapılıb.
Musavat.com xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” nəşri məlumat yayıb.
Məktubda insanlara bu həftəsonu, oktyabrın 11 və 12-də kilsənin qapılarını açmamaq tövsiyə olunub.
Bildirilib ki, həmin günlərdə guya “əcnəbilər tərəfindən qırğın törədiləcək” və “bıçaqların içəridə gizlədildiyi” iddia edilib.
Hadisə ilə bağlı təhlükəsizlik qüvvələri ərazidə yoxlama aparıb, lakin hər hansı real təhlükə aşkarlanmayıb.
Musavat.com
12 Oktyabr 2025
11 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ