İnsanlara hürriyət, millətlərə istiqlal!

Lukaşenko ordunu yüksək hazırlıq vəziyyətinə gətirdi

Belarus Silahlı Qüvvələri yoxlama məqsədi ilə ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Bu barədə məlumatı Belarus Müdafiə Nazirliyi öz "Telegram" kanalında paylaşıb.

Ordunu yoxlamaq tapşırığını Belarus Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Aleksandr Lukaşenko verib.

"Belarus SQ-nin bir sıra bölmələri döyüş hazırlığına keçid üzrə kompleks tədbirlər həyata keçirəcək, müəyyən edilmiş rayonlara doğru irəliləyəcək və sərəncamda göstərilmiş tədbirləri icra edəcək", - məlumatda deyilir.

Təlimə Belarus Təhlükəsizlik Şurasının dövlət katibliyi nəzarət edir./Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2025

11 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR