Onlayn ictimai-siyasi qəzet
Kanal D-nin məşhur serialı "Uzak Şehir"də baş rolu canlandıran Sinem Ünsal Mardindəki çəkilişlərə görə sevgilisi Berk Cankatdan uzaq qalmasının münasibətlərinə müsbət təsir göstərdiyini açıqlayıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Hava Limanında görüntülənən Ünsal uzaq məsafənin onları daha da yaxınlaşdırdığını və onun üçün darıxmağın nə qədər çətin olduğunu bu proses zamanı öyrəndiklərini bildirib.
"Tez-tez gələ bilmir, amma fürsət düşən kimi yanıma gəlir. Bu uzun məsafə münasibətimizə yaxşı təsir etdi. Onun üçün darıxmağın nə qədər çətin olduğunu da öyrəndik"-, deyə Ünsal qeyd edib.
“Uzak Şehir”dəki partnyoru Ozan Akbaba haqqında təriflər deyən Ünsal “O, gözəl insandır, bir-birimizə çox tez alışdıq” deyib.
Tanınmış aktrisa ailəvi vaxt keçirdiklərini də qeyd edib: "Sevgilim, onun həyat yoldaşı, biz tez-tez vaxt keçiririk. Ailə olaraq çox yaxşı dost olmuşuq".
Qeyd edək ki, aktrisa Sinem Ünsal 1993-cü ildə İzmirdə dünyaya gəlsə də, atası azərbaycanlı, anası isə çərkəzdir.
Könül
Musavat.com
26 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ