İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST rəhbəri XƏBƏRDARLIQ ETDİ: "Koronavirusun yeni ştammı..."

Koronavirus ştammı “EG.5 D-19” geniş formada yayılmaqdadır.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus xəbərdarlıq edib.

Cenevrədə çıxış edən Qebreyesus qış mövsümü ərəfəsində şimal yarımkürəsində həyəcanverici tendensiyaların müşahidə olunduğunu bildirib.

Onun sözlərinə görə, Yaxın Şərq və Asiyada ölüm hallarının sayı artır.

ÜST rəhbəri qeyd edib ki, Avropada koronavirusun bu variantı ilə reanimasiya şöbələrinə yerləşdirilən xəstələrin sayı artıb.

Qebreyesus bildirib ki, ən böyük narahatlıqlardan biri COVID-19 peyvəndinin son dozasını almamış risk altında olan insanlarda immunizasiya səviyyəsinin aşağı olmasıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR