İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST COVID-19-dan ölənlərə dair dəhşətli rəqəmi açıqladı

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Adhanom Qebreyesus dünyada COVID-19 səbəbindən ölən insanların sayını açıqlayıb.

Musavat.xom xəbər verir ki, o, brifinq zamanı bildirib ki, Yer kürəsində yeddi milyondan çox insanın ölümü birbaşa COVID-19 ilə bağlıdır.

ÜST rəhbərinin dediyinə görə, bu rəqəm rəsmi şəkildə ölüm səbəbi olaraq COVID-19 göstərilən insanların sayını əks etdirir.Bununla belə, onun fikrincə, koronavirus infeksiyasından ölənlərin real sayı daha çoxdur: “Ümumilikdə ÜST dünya üzrə COVID-19-dan yeddi milyondan çox ölüm barədə məlumat verib, lakin biz inanırıq ki, real rəqəm bundan ən azı üç dəfə çoxdur”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR