İnsanlara hürriyət, millətlərə istiqlal!

Hüseynin evinə hücum edən qadın saxlanıldı - VİDEO

Xəbər verdiyimiz kimi, tanınmış bloqer Hüseyn Həsənov Bakıda yaşadığı evdə hücuma məruz qalması barədə məlumat yayıb. O, əvvələr tanıdığı qadının onun evinə gələrək bıçaqla hücum etdiyini bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli “Qafqazinfo”ya bildirib ki, bloqer Hüseyn Həsənovun evinə hücum edən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

“1993-cü il təvəllüdlü, psixi xəstəliklərdən əziyyət çəkən qadın saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşmış xəstəxanaya yerləşdirilməsi təmin olunub”, - qurum rəsmisi əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR