İnsanlara hürriyət, millətlərə istiqlal!

ÜST Azərbaycana meymunçiçəyi virusunu təsbit edən test göndərəcək

"Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana meymunçiçəyi virusunu təsbit edə biləcək testlər göndərəcək".

Musavat.com "Report"a istinadən xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

O xatırladıb ki, bundan əvvəl də dünyada bu xəstəlik olub:

"Afrikada onsuz da olub və Avropada da yeni yayılmağa başlayıb. Koronavirus qədər
narahatedici səviyyədə deyil. Fərqli formada yoluxuculuq qabiliyyəti olduğundan insandan insana çətin keçir. Ona görə də çox da narahat olmuruq. Lakin təbii ki, bunu da izləmək lazımdır".

ÜST rəsmisi bildirib ki, Azərbaycan hökuməti testlərin gətirilməsi üçün müraciət edib:

"Çox qısa zaman ərzində Azərbaycana testlər gətiriləcək. Virusu aşkarlamaq üçün bir neçə test növü var. Hazırda hansı növ testin Azərbaycana gətirilməsi müzakirə olunur. Bu müzakirələri Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə aparırıq. Təxminən minlərlə belə testin gətirilməsi nəzərdə tutulub. Onu da qeyd edim ki, hazırda Azərbaycanda həmin virusla bağlı təhlükə yoxdur".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR