İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqların psixi sağlamlığı müzakirə olundu - VİDEO

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində “Uşaqların psixi sağlamlığının qlobal inkişafı: akademik və ictimai əməkdaşlıq” mövzusuna dair dəyirmi masa keçirilib.

Musavat.com xəbər verir ki, tədbir uşaq və yeniyetmələrin psixi sağlamlığı sahəsində qabaqcıl yanaşmaların müzakirəsinə həsr edilib.

Dəyirmi masada dövlət və beynəlxalq təşkilatların nümayəndələri, həmçinin uşaq psixi sağlamlıq sahəsində yerli və xarici aparıcı mütəxəssislər iştirak edib.

Tədbirdə ABŞ-ın Çikaqo Universiteti ilə birgə keçirilən “Uşaq evlərindən ailəyə inteqrasiya edən uşaqların psixososial problemlərinin profilaktikasına optimallaşdırılan yanaşma” tədqiqat layihəsinin müzakirəsi aparılıb. Həmçinin, uşaq və yeniyetmələrə yardımın müxtəlif modelləri və onların Azərbaycan psixi sağlamlıq sisteminə adaptasiya imkanları nəzərdən keçirilib.

Müzakirə zamanı ölkəmizdə uşaq psixi sağlamlıq sahəsində xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə strategiyalar hazırlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR