İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqları spirtli içkiyə meylləndirən səbəblər

Ölkədə alkoqolizmin cavanlaşması narahatlıq doğurur

Azərbaycanda azyaşlı uşaqların spirtli içki qəbul etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ətrafında araşdırma aparılır. Bu barədə Oxu.Az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, dəfələrlə valideynlərə uşaqların yanında spirtli içki istifadə etməmələri ilə bağlı müraciət edilib. Çünki uşaqlar bunu örnək olaraq sonradan təkrarlayırlar.

Xatırladaq ki, azyaşlı uşaqların spirtli içki qəbul etməsi ilə bağlı Azərbaycan “Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə “Facebook” hesabında video görüntü paylaşıb.

Bəs uşaqlar niyə içki içir? Ümumiyyətlə, dünyada və ölkəmizdə uşaq alkoqolizmi necə və niyə yaranıb? 

Rusiyalı həkim-narkoloqların fikirlərinə görə, təxminən 5 milyon yeniyetmə bu ölkədə alkoqolizmdən əziyyət çəkir. Ekspertlər xəstəliyin cavanlaşmasının səbəblərini axtarırlar. Onların fikrincə, əgər əvvəllər "yaşıl ilan" yeniyetmələrin yaxınlığında fırlanırdısa, amma bu gün spirtli içkilərə aludəçilik 11-13 yaşlı uşaqlara keçib.

Bəzən bu, valideynlərin öz razılığı ilə olur. Məsələn, evdə qurulan məclislər zamanı şərabın və ya pivəni dadmaq üçün uşaqlarına verirlər. Müntəzəm olaraq spirtli içkilərdən istifadə edənlərin əksəriyyəti isə rifah halı yaxşı olmayan ailələrin, daha doğrusu, valideynləri sərxoş olan uşaqların payına düşür. Uşaq yaşında alkoqol bütün orqanlara təsir edir. Məsələn, 18 yaşından aşağı 40 faizə qədər uşaqlarda zəhərlənmə alkoqolla bağlıdır.

Həkimlər qeyd edirlər ki, bu ağır xəstəliyin səbəbləri müxtəlifdir. Problemin kökü böyüklərin öz uşaqlarına kifayət qədər vaxt ayırmamasındadır. "Elə hallar olur ki, uşaqlar spirtli içkilərə məktəbdə xoşagəlməzliklərlə qarşılaşdıqda aludə olurlar. Və yaxud məsələn, onlar valideynləri ilə ümumi dil tapa bilmirlər. Bəzən də cavabsız sevgi ilə qarşılaşırlar. Bu baxımdan, öz dərdini unutmaq üçün şərab təkcə böyüklərin dadına çatmır".

Bəzən valideynlərin onlara məktəb bufeti üçün verdiyi pulu uşaqlar ayrı məqsədlərə istifadə edirlər. Belə ki, bir çox hallarda onlar "kampaniya" xətrinə içirlər. Həmçinin içən valideynlər də övladları üçün pis nümunədir. Uşaqlar onları əhatə edənlərin davranışlarını təkrarlayırlar. Çox vaxt onlara elə gəlir ki, hətta, ən zəif alkoqollu içki içdikdə belə yaşlarından böyük görünürlər və dostları onlara hörmət etməyə başlayır. Bu isə onunla nəticələnir ki, uşaqlar və yeniyetmələrdə özlərinə nəzarət hissi itir, onlar tez-tez alkoqoldan istifadə edir və bu, artıq sərxoşluğun ağır formasına keçir.

Ekspertlər təəssüflə bildirirlər ki, son illər yeniyetmələr arasında xüsusən, pivə çox populyarlaşıb. Hətta, "pivə alkoqolu" termini yaranıb. "Pivəyə aludə olmaq çox asandır. Çünki bu xəstəlik sürətlə formalaşır. Həmçinin anadangəlmə alkoqolizmə də rast gəlinir. Bu, uşaqlar ana bətnində olanda valideynləri alkoqoldan istifadə edərkən baş verir. Görünür, alkoqolun dərəcəsi hələ onların daxildə inkişaf dövründə başlayır. Bu cür uşaqlar doğulandan sonra da tələb olunan dozaya adətkər olurlar. Bir çox "xeyirxah" analar uşaqlarını sakitləşdirməkdən ötrü hətta, onların ağzını araqla isladırlar".

Ölkə qanunvericiliyinə əsasən, 18 yaşı tamam olmamış yeniyetmələrə spirtli içki satışı qadağandır. Lakin indi buna bir o qədər də nəzarət olunmur. Bu cür neqativ hallar rayonlarda özünü daha da qabarıq göstərir. Hazırda 18 yaşına çatmamış hər bir yeniyetmə mağazadan spirtli içki əldə edə bilər. Bu da gənclər arasında alkoqolizmə yol açan səbəblərdəndir. Yaddan çıxarmaq lazım deyil ki, hər üç zərərli vərdişə (narkomaniya, alkoqolizm, siqaret) aludə olma mexanizmi eynidir. Düzdür, alkoqolizm tütünçəkmədən daha ağır nəticələri olan vərdişdir. Burada şəxsiyyətin tənəzzülü baş verir və ondan azad olmaq asan başa gəlmir. Mübarizə üçün hər bir xəstəliyin (alkoqolizm də xəstəlikdir) müalicəsindən əvvəl onu yaradan səbəblər haqqında biliklər olmalıdır və belə halda onun qarşısının alınması daha asan olur. Ümumiyyətlə, spirtli içkinin qəbulundan 5-10 dəqiqə sonra o, qana sorulur və orqanizmə yayılır. Alkoqol - hər bir canlı hüceyrə üçün zəhərdir. Orqanizmə daxil olan alkoqol toxuma hüceyrələrinin işini tezliklə pozur. Əgər alkoqol orqanizmə tez-tez daxil olursa, hüceyrələr məhv olmağa başlayır. Alkoqolun təsiri nəticəsində orqanizmdə bütün proseslər pozulur, bu isə ağır xəstəliklərlə nəticələnir. Qaraciyərin, böyrəklərin, ürək-damarların toxumaları dəyişir. Baş beyinin hüceyrələrinə alkoqol xüsusilə tez və dağıdıcı təsir göstərir. Qanla tez bir zamanda beyinə çatmış alkoqol sinir hüceyrələrinə daxil olur, hüceyrələr onun təsirindən məhv olur, buna görə də beyinin müxtəlif şöbələri arasındakı əlaqə pozulur. İçki içənin ətrafındakılara yaratdığı problemlər - fiziki və əqli geriləmə, cinsi zəiflik, ailədə münaqişələrin artması, maddi çətinliklərin artması, özünə qapanma, cinayətkarlığın baş verməsi ilə səciyyələnir. Alkoqolizmin erkən dövrləri üçün xora xəstəliyi, travmalar, ürək-qan-damar pozğunluğu, daha sonrakı mərhələləri üçün isə qaraciyər serrozu, polinevritlər, beyin pozğunluqları xarakterdir.

Spirtli içkilərin satışı ilə bağlı yeni qayda

PSİXOLOQLAR DEYİR Kİ, UŞAQ ATASINA BƏNZƏMƏYƏ ÇALIŞANDA İÇKİ İÇİR 

Psixoloqlar isə iddia edir ki, bu problem əsasən genetik məsələdir. Bəzi hallarda isə uşaqların spirtli içkilərə meyilli olmasına səbəb valideynlərin də bu içkidən tez-tez istifadə etməsidir. Bəzən  hamilə qadınlar da spirtli içkilərdən istifadə edir. Müəyyən müddətdən sonra dünyaya gələcək uşaqda da buna meyillilik yaranır. Hamiləlik zamanı spirtli içkilərin qəbulu uşağın anadangəlmə defektlərlə dünyaya gəlməsi ehtimalı yüksəldir. Psixi və fiziki pozğunluqlardan əziyyət çəkən uşaqların 90%-dən çoxu içki içən valideynlərin uşaqlarıdır. Bir çox ailələrdə içkiyə münasibət çox yaxşıdır. Belə ailələrdə ata kiçik yaşlı oğlan uşağının qabağında sərbəst çəkildə spirtli içki qəbul edir. Bu da təbii ki, uşaqda alkoqola meyillik yaradır. Əksər oğlan uşaqları atalarına bənzəməyə çalışırlar və onların fikrinə görə atanın etdiyi hərəkətlər düzgündür. Bu zaman uşaq da atası kimi siqaret çəkir, spirtli içki qəbul edir. 

Uşaq yaşlarda içkiyə marağa səbəb onların qohumlar tərəfindən içkiyə “təhrik“ edilməsi də ola bilər. Bəzən məclislərdə 3-4 yaşlı uşaqlara içki içirdirlər. Bunu əksərən valideynlər gülüş xatirinə edirlər. Lakin sonradan yaranacaq problemə səbəb olduqlarını düşünmürlər. Uşaqlar arasında spirtli içkiyə marağın artmasına səbəb bilavasitə ailədir. Çünki yeniyetmə uşaq cəmiyyət arasında az vaxt keçirir. Onun əsas ünsiyyət vasitəsi ailə olduğuna görə bütün problemlər də ailədən başlayır.

Uşaq alkoqolizminin əsas xüsusiyyətlərindən biri yetkinlərə nisbətən daha sürətlə inkişaf edir. Hətta bəzən spirtli içkilərdən istifadə edərək, bir yeniyetmə asanlıqla asılı olur. Xüsusilə uşaq pivə alkoqolizmində yaygındır. Beer bir zərərsiz aşağı alkoqollu içki kimi görünür, ancaq bir görünüş. Əslində, ondan olan zərər az deyil. Və daha tez-tez içdiyinizi nəzərə alsanız, təhlükəsiz olaraq bu ən təhlükəli içkilərdən biri olduğunu söyləyə bilərsiniz.

Spirtli içkinin hansı dozası xərçəng yarada bilər? - Alimlər araşdırdı -  Sonxeber.net

Uşaq alkoqolizminin nəticələri

Alkoqol uşağın bədəni üçün böyük bir stressdir. Bu, həzm və sinir sistemindəki pozğunluqlara səbəb olur. Ağır hallarda qaraciyərdə (sirrozu) və beyində (spirtli ensefalopatiya) irəliləməz dəyişikliklər baş verir. Uşaqlıq alkoqolizmin müalicəsi bir xəstəxanada həyata keçirilir. Gənc yaşa görə bütün dərman vasitələrini tətbiq etmək mümkün deyil. Buna görə xəstəliyə qarşı mübarizə üsulları istifadə olunur.

“Rusiyada beşikdə olan uşaqlar da nəzərə alınmaqla ildə addambaşına təxminən 18 litr təmiz alkoqol düşür. Bunu araq şüşələrinə çevirə bilərsiniz, adamı dəhşət bürüyür". Bu sözləri zamanında Rusiyanın prezidenti olmuş Dmitriy Medvedev deyib. Bu rəqəmi yarımlitrlik araq şüşələrinə çevirsək 90 ədəd araq alınacaq. 5 faizlik pivəyə çevirsək 720 şüşə pivə alınacaq. Ümumdünya Səhiyyə Təşkilatının rəyinə görə, əgər insan ildə 8 litr spirtdən artıq içirsə bu onun səhhəti üçün artıq təhlükə yaratmağa başlayır. Hər əlavə 1 litr kişilərin ömrünü təxminən 1 il, qadınların ömrünü isə 4 ay azaldır.

Bu baxımdan Rusiya rəsmiləri bildirirlər ki, ölkədə ilk növbədə kişilərin orta ömrünün aşağı olmasında alkoqolun böyük rolu var. Son illər ərzində hökumət problemlə mübarizə aparmağa çalışıb.

                 ***

Alkoqollu içkilərin şəxsən uşaqların özlərinə olan mənfi təsirini görməkdən ötrü alimlər tərəfindən araşdırılıb ortaya çıxarılmış bəzi rəqəmlərin üzərində dayanaq:


“A” qrupu: Heç vaxt alkoqol qəbul etməyənlər

42 % - yüksək əqli qabiliyyət nümayiş etdirirlər;
49 % - orta səviyyədə qabiliyyət nümayiş etdirirlər;
9 % - pis qabiliyyət nümayiş etdirirlər.

“B” qrupu: Ara-sıra alkoqol qəbul edənlər
34% - yaxşı qabiliyyət nümayiş etdirirlər;
56% - orta səviyyədə qabiliyyət nümayiş etdirirlər;
10% - pis qabiliyyət nümayiş etdirirlər.

“C” qrupu: Müntəzəm alkoqol qəbul edənlər

27% - yaxşı qabiliyyət nümayiş etdirirlər;
56% - orta səviyyədə qabiliyyət nümayiş etdirirlər;
15% - pis qabiliyyət nümayiş etdirirlər.
Bu qrupların müqayisəsi aydın göstərir ki, alkoqolun hətta az bir miqdarda müntəzəm qəbulu, əqli qabiliyyətə mənfi təsir göstərir, onu xeyli dərəcədə zəiflədir. Məktəblilər çətinliklə məktəb proqramını mənimsəyir, aşağı qiymət göstəricilərinə malik olurlar.

Müntəzəm alkoqol qəbul edən 515 oğlanın və 554 qızın fiziki inkişafının tədqiqi göstərib ki, yalnız 65 oğlan və 87 qız yaxşı göstəricilərə malikdir. Qalan 450 oğlan və 467 qızda zəif fiziki inkişaf qeydə alınmışdır.

Bəzi valideynlər hesab edir ki, yüngül alkoqollu içkilər bədəni gücləndirdiyinə görə guya hətta sağlamlığa xeyirlidir. Onlar günahsız uşaqların təbii meylinə qarşı çıxaraq, onları şərab və pivəyə qonaq edirlər. Artıq deyildiyi kimi, alkoqol-mərkəzi sinir sisteminə təsir göstərən narkotik zəhərdir və onun insan orqanizminə daxil edilməsi onun xəstəliklərə qarşı müqavimətini zəiflədir, müxtəlif bağırsaq, ürək, böyrək, qara və ağ ciyər xəstəliklərini törədir. Hələ fiziki və psixiki yetkinliyə çatmamış uşaqlarda bundan ilk növbədə psixika əziyyət çəkir. Alkoqol istedadları tədricən öldürür, onlar hirsli, kobud, zəif iradəli insanlara çevrilirlər; lakin ən vacibi odur ki, onların əqli o dərəcədə zəifləyir ki, onlar çox vaxt yelbeyin kimi görünürlər.

Beləliklə, alkoqollu içkilərə aludəçilik sosial, mənəvi, fiziki və əqli inkişafa çox zərərli təsir göstərir. Alkoqol tezliklə cəmiyyətə xidmət sahəsində öz atalarını və analarını əvəz edəcək uşaqlarımızın varlığını təhlükə altına alır. Uşaqlarının üstündə əsən, onları sağlam, çalışqan, ağıllı böyütmək istəyən valideynlərin özləri alkoqoldan tamamilə imtina etməli, həmçinin böyüməkdə olan nəsildə daim sərxoşluğa və ümumiyyətlə alkoqollu içkilərin qəbuluna qarşı ən mənfi münasibət tərbiyə etməlidirlər. 

Sevinc TELMANQIZI 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR