Onlayn ictimai-siyasi qəzet
Qidalanma uşaqların həyatında önəmli prosesdir. Uşaqların immun sisteminin möhkəmlənməsi, böyüməsi üçün sağlam qidalanmaq lazımdır.
Mütəxəssislərin fikrincə, ziyanlı məhsullarla qidalanma insanların, xüsusən də uşaqların həyatını məhv edir.
Bununla bağlı, mütəxəssis rəyi almaq üçün 2 Saylı Kliniki Uşaq Xəstəxanasının həkimi, uzman doktor, Uşaq qastroenteroloqu Anar Tağıyevlə əlaqə saxladıq.
Həkim BAKU.WS-ə açıqlamasında bildirdi ki, qidalanmada yağlar, proteinlər, minerallar, vitaminlər və karbohidratlar mühüm yer tutur:
«Bu 5 vacib elementlərə diqqət yetirmək lazımdır. Son zamanlar qidanmalarda problemlər var. Uşaqların qidalanmasında fabrikat məhsulların yeksək kalorili məhsulların istifadəsi ziyandır. Uşaqların qidalarında mütləq qırmızı ət, yumurta, paxlalı bitkilər istifadə edilməlidir. Eyni zamanda süd məhsullarından olan pendirdən istifadə etmək vacibdir. Məsələn, bir uşaq gün ərzində 30 qram ət, 1 yumurta, kibrit qutusu pendir istifadə etməlidir. Bu qidalar uşaqların zülal qəbulunda mühüm rol oynayır».
Uzman doktorun sözlərinə görə, karbohidratla iki qrupa bölünür:
«Faydalı karbohidratlar və zərərli karbohidratlar. Fasfudlar, şirniyyat, ağ çörək, şokaladlar və s. zəhərli karbohidratlardır. Kəpəkli çörək, tam taxıllı çörəklər, qara çörək, düyü, qarabaşaq (Qreçka) faydalı karbohidratlar hesab olunur. Həmçinin meyvələr də faydalı karbohidratlar qrupuna daxildir. Eyni zamanda meyvələrdə zəngin vitaminlər mövcuddur.
Hazır alınan meyvə suları (soklar) zərərlidir. Onlara kanservatlar əlavə olunur. Onlar uşağın mədə-bağırsaq sisteminə zərərlidir. Müxtəlif xəstəliklər yaradır.
Pitsalar, fasfudların içərisində müxtəlif məhsullar uşağın qaraciyər piylənmməsi, insulun depolanmasına və s. problemlər yaradır».
Həkim valideynlərə bir daha səsləndi ki, mütləq uşaqlara təbii tərkibli və təmiz qidalar verilməlidir. Əks halda uşaqların gələcəyində ciddi problemlər yarana bilər.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ