Onlayn ictimai-siyasi qəzet
Muzeydə antik əşyaları seyr edən uşaq təsadüfən 3500 illik küpəni sındırıb.
Musavat.com-un məlumatına görə bu barədə BBC yazır ki, insident İsrailin Hayfa şəhərindəki Ruben və Edit Hecht Muzeyində baş verib. Eramızdan əvvəl 2200-1500-cü illərə aid küpə “xüsusi cazibədarlığını” qorumaq üçün qoruyucu şüşəsiz nümayiş olunurmuş.
Bu, 4 yaşlı uşağın diqqətini çəkib - o, küpənin içində nə olduğunu görmək istəyib və onu özünə tərəf dartıb. Nəticədə küpə aşıb və qırılıb. Muzey rəhbərliyi hadisəyə görə uşağa heç bir cəza istəməyib, hətta uşağı və ailəsini ekskursiyaya dəvət edib. BBC qeyd edir ki, küpə bərpa olunacaq və tezliklə muzeyə qaytarılacaq.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ