İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaq bağçadan çölə çıxdı: Anası direktordan 15 min pul tələb etdi - SƏS YAZISI

Bakı şəhərində fəaliyyət göstərən 339 saylı bağçada azyaşlı gözdən yayınaraq küçəyə çıxıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, uşaq tezliklə tapılıb və xoşbəxtlikdən heç bir əlavə narahatlıq olmayıb.

Bağça rəhbərliyi valideynə məlumat verib, tərbiyəçi-müəllim haqqında tənbeh tədbiri görüb, nəzarət tədbirləri artırılıb.

Məsələdən xəbər tutan valideyn bağça rəhbərliyini məsələni ictimailəşdirəcəyi ilə hədələyərək 15 000 manat pul tələb edib.
O, bunu övladını özəl bağçaya qoymaq istəməsi ilə əlaqələndirib və ödənişi dövlət bağçası rəhbərliyinin ödəməsini istəyib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR