İnsanlara hürriyət, millətlərə istiqlal!

USAID-in açılan paxırı

Üzə çıxan faktlar bir daha göstərir ki, “azad mətbuat”, “söz azadlığı” adı altında təşkilat əslində  hökumətlərə təzyiq və şantaj rıçaqları hazırlayıb

ABŞ prezidenti Donald Trampın “korrupsioner”, İlon Maskın isə “cinayətkar qurum” adlandırdığı və artıq bağlanan ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ətrafında qalmaqal və müzakirələr davam edir. Zamanla USAID-in destruktiv fəaliyyəti ilə bağlı yeni-yeni ilginc, ifşaedici faktlar ortaya çıxmaqdadır. O sırada terrorizmə dəstək də var.

Bu, Azərbaycan dövlətinin USAID-in fəaliyyətinə neqativ münasibətinin və onu ölkəmizdə qapatmasının nə dərəcədə doğru və ədalətli olduğunu bir daha sübut edir. Nə xoş ki, artıq bir sıra başqa dövlətlər, özəlliklə postsovet ölkələri (Gürcüstan, Qazaxıstan və s.) da eyni addımı atmağa başlayıb.

Üzə çıxan faktlar bir daha göstərir ki, “azad mətbuat”, “söz azadlığı” adı altında əslində korrupsiya mexanizmi ilə ayrılan maliyyə əsasında milli hökumətlərə təzyiq və şantaj rıçaqları, informasiya diversantları hazırlanıb.

Bu xüsusda USAID-in Cənubi Qafqazda pozucu fəaliyyəti məxsusi diqqət çəkir. Bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi, ermənipərəst mövqeyi artıq təsdiqini tapmış faktlardır.

Bu təşkilat Azərbaycanla da bağlı qərəzi ilə seçilib, dəfələrlə ölkəmizə qarşı dezinformasiya xarakterli informasiyalar yayması, Qarabağda “etnik təmizləmələr” barədə “araşdırmaları” ilə seçilib. Bu faktlar belə bir təşkilatın fəaliyyətinə və yardımlarına ehtiyacın olmadığını təsdiqləyir.

Araşdırmalar göstərir ki, USAID 707 media, 6 min 200 jurnalist və 279 jurnalistika sahəsində çalışan QHT-ni maliyyələşdirib. Bu maliyyələşmənin müstəqil siyasət yeridən dövlətlərə qarşı qarayaxma kampaniyalarına yönəldiyinə artıq şübhə yeri qalmır. Azərbaycanda 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən ilk Avropa oyunları da daxil olmaqla, həmçinin 44 günlük Vətən müharibəsində, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniyanın da arxasında elə USAID dayanıb.

Qulamhüseyn Əlibəyli: “Deputatlar korpusunda dəyişiklik vacibdir” -MÜSAHİBƏ

 Qulamhüseyn Əlibəyli

Politoloq Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirib ki, USAID-in fəaliyyəti formal cəhətdən demokratiyanın, insan hüquqlarının, vətəndaş cəmiyyətinin inkişafına yönəldilmişdi:  

“90-cı illərin əvvəllərində bu istiqamətdə müəyyən fəaliyyət göstərirdi.  Lakin sonradan agentlik ABŞ-nin hakim elitasının, yaxud da müəyyən qrupunun təsiri altına keçdi. Bununla da başqa dövlətlərin daxili işlərinə qarışmağa başladı. Bunları biz özümüzdən demirik. Məhz ABŞ-nin yeni hökuməti bunu səsləndirir. Bu faktlar kifayət qədər araşdırma aparmaqla həyata keçirilir.  Təşkilatın Azərbaycanda qapadılması verilmiş ən doğru qərardır. Hər bir dövlət özünün təhlükəsizlik maraqlarını qorumağa borcludur. Ukraynada, Gürcüstanda  çevriliş cəhdləri USAID-in fəaliyyətinin mahiyyətini göstərir. Onu demokratiya, insan haqları istiqamətində fəaliyyət göstərən təşkilat kimi qələmə vermək qeyri-mümkündür. Tramp haqlı olaraq təşkilatın fəaliyyətini məhdudlaşdırdı. İndiki ABŞ hakimiyyəti digər dövlətlərin daxili işlərinə kobud şəkildə müdaxilə etmək istəmir. Doğrudur, müəyyən müdaxilələr qalacaq. Məsələn, Rusiya-Ukrayna müharibəsi ilə bağlı son təkliflər olacaq. Lakin Tramp ayrı-ayrı dövlətlərin daxili işlərinə müdaxiləyə çox da meyilli deyil”.

Tofiq Abbasov canlı efirdə Pənah Hüseyni döydü - Video

Tofiq Abbasov

Politoloq Tofiq Abbasov da bildirib ki, USAID faktiki olaraq dövlətlərin daxili işlərinə müdaxilə etmək, xaos və pozuculuq işləri ilə məşğul olub: “Bu təşkilat göstərdi ki, pulsuz pendir siçan tələsində olur. Əgər hansısa bir dövlət bu təşkilata bel bağlayırdısa, bir qədər sonra ondan asılı olurdu. 100-dən çox ölkədə bu təşkilatın şəbəkəsi var. Məqsəd bu yerlərdə insanların baxışını dəyişdirmək, özlərinə tabe etmək olub. Bir çox ölkələrdə buna nail oldular. Lakin Azərbaycan dövlətinin ayıq-sayıqlığı  belə bir prosesin ölkəmizdə də  baş tutmasına imkan vermədi. Donald Tramp və sağ əli İlon Mask USAID-ın fəaliyyəti ilə bağlı arxivləri açıblar və böyük cinayətlərin üstü açılır. Bu təşkilat əksər ölkələrdə ictimai şüuru zəhərləyib və bir çox inqilabların birbaşa müəllifi olub. Məqəsd isə ölkələrdə çevrilişi etmək, öz adamlarını hakimiyyətə gətirmək idi.  Bunun təzahürlərini Ukraynada, Gürcüstanda, Moldovada gördük. Xaos onlara imkan verir ki, istədikləri məqamda ölkələrin daxili işlərinə qarışa bilsinlər. Hökumət rəsmilərinə nə etməli olduqları ilə bağlı təlimat verirdilər. Çalışırdılar ki, bu ölkələrdə düşünən beyinlər fəaliyyət göstərməsinlər. Təbii ki, Azərbaycan buna etiraz edirdi və bildirirdi ki, bizə heç kim təlimat verə bilməz. Onlara başa salındı ki, Azərbaycan hansı prosesdə nəyi etməli olduğunu özü bilir, dəstəyiniz lazım deyil”.

Qeyd edək ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin ləğv ediləcəyinin proqnozunu Azərbaycan Prezidenti hələ ötən ilin sonunda vermişdi. Dövlətimizin başçısı dekabrda bildirmişdi ki, Donald Tramp USAID-i qadağan edə bilər. Elə də oldu, Tramp yanvarın 20-də USAID-in maliyyələşdirilməsini dayandırdı.

Azərbaycan rəhbərliyi hələ illər öncə USAID-in fəaliyyətindəki neqativləri ABŞ rəhbərliyinin diqqətinə çatdırmışdı. Lakin bu narahatlıqlara ciddi yanaşılmadı. Elə bu səbəbdən də 2024-cü ilin fevralında hökumət USAID ilə müqavilə müddətini uzatmadı.

Şahanə RƏHİMLİ,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR