İnsanlara hürriyət, millətlərə istiqlal!

Ursula fon der Lyayen: “Avropa İttifaqı Ukraynaya 77 min tondan çox yardım göndərib”

Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri Avropa İttifaqı ukraynalılara 77 min tondan çox yardımı göndərib.

Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “Twitter”də məlumat yayıb.

Avropa Komissiyasının rəhbərinin sözlərinə görə, bu yardımın tərkibində dərmanlar, qida, sığınacaq əşyaları, həmçinin yanğınsöndürən maşınlar və mobil xəstəxanalar kimi zəruri vasitələr də olub.

“Avropanın Ukrayna ilə həmrəyliyi getdikcə güclənir”, - Ursula fon der Lyayen vurğulayıb.//Oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR