İnsanlara hürriyət, millətlərə istiqlal!

Ürək və tənəffüs sistemi xəstəlikləri üçün dərmanlar bu qayadada veriləcək - VİDEO

Ürək və tənəffüs sistemi xəstəlikləri üçün dərmanlar bu qayadada veriləcək

Ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada İcbari Tibbi Sığorta ilə qarşılanması nəzərdə tutulub.

Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, bu ilin ikinci yarısından ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.

Bu barədə məlumatı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova "Xəzər Xəbər"ə açıqlamasında deyib.

Onun sözlərinə görə, yenilənən xidmətlər zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq.

Leyla Lətifova deyir ki, məbləğin bir hissəsi vətəndaş tərəfindən qarşılanacaq. Bu da dərmanların tərkibinə görə müəyyənləşəcək.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

30 May 2025

BÜTÜN XƏBƏRLƏR