İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada hamilə qalan tələbə qızlara pul veriləcək

Rusiyanın Tula vilayətində hamilə tələbələrə 150 min rubl məbləğində maddi yardım veriləcək.

Musavat.com bildirir ki, bu barədə “RİA Novosti” vilayətin Əmək və Sosial Müdafiə Nazirliyinin qərarına istinadən xəbər yayıb.

Qaydalara əsasən, ödənişdən yalnız Rusiya vətəndaşlığı olan və Tula vilayətində daimi yaşayan tələbə qadınlar yararlana biləcəklər. Maddi yardım almaq üçün hamiləlik üzrə qeydiyyatda olmaq və təhsil müəssisəsində əyani formada oxumaq tələb olunur. Bu, həm texnikum, kollec, həm də ali məktəb tələbələrinə şamil edilir.

Yardım üçün müraciət zamanı hamiləliyin müddəti ən azı 12 həftə olmalıdır.

Bundan əvvəl məlum olmuşdu ki, 2026-cı il martın 1-dən etibarən Rusiyada hamilə qadınlar və hamiləliyin nəticələri barədə məlumatları əhatə edən xüsusi reyestr sistemi istifadəyə veriləcək. Bu barədə Rusiya baş nazirinin müavini Tatyana Qolikova Dövlətin demoqrafik və ailə siyasətinin həyata keçirilməsi üzrə Şuranın iclasında məlumat verib.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR