Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Lvov vilayətinin Lapaevka kəndinə Rusiya ordusunun endirdiyi raket zərbəsi nəticəsində 4 nəfərlik ailə tamamilə məhv olub.
Musavat.com xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, gecə saatlarında baş verən hücumda yaşayış evi tamamilə dağılıb, ata, ana, gəlini və 15 yaşlı qız həlak olublar.
Hadisə yerinə cəlb edilən xilasedicilər dağıntılar altından ailə üzvlərinin meyitlərini çıxarıblar. Ailənin yeganə sağ qalan üzvü - oğul ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Lvov vilayət prokurorluğu hadisəni müharibə qanunlarının kobud şəkildə pozulması və dinc sakinlərin qəsdən qətlə yetirilməsi kimi qiymətləndirib. Faktla bağlı cinayət işi açılıb.
Raket zərbəsi nəticəsində kənddə bir neçə qonşu ev də dağılıb və ətraf infrastruktur ciddi zərər görüb. Rəsmilərin bildirdiyinə görə, hücumun həyata keçirildiyi ərazi nə humanitar, nə də hərbi obyektlərlə əlaqəlidir.
Bu faciə Ukraynada son həftələrdə Rusiya ordusunun dinc əhaliyə qarşı törətdiyi ən vəhşi və qəddar hücumlardan biri kimi qiymətləndirilir. Beynəlxalq ictimaiyyət bu cür müharibə cinayətlərinə susmamalı və Moskvanın hərbi cinayətlərinə sərt şəkildə reaksiya verməlidir.
Musavat.com
06 Oktyabr 2025
05 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ