İnsanlara hürriyət, millətlərə istiqlal!

Kim Kardaşyandan ŞOK qatil etirafı - göz yaşları içində DANIŞDI

Erməni əsilli amerikalı realiti-şou ulduzu Kim Kardaşyan “The Kardashians” serialının yeni mövsümünün fraqmanında həm ona qarşı təşkil edilən sui-qəsddən, həm də 2016-cı ildə Parisdə yaşadığı soyğun zamanı keçirdiyi ölüm qorxusundan danışıb.

Musavat.com xəbər verir ki, 44 yaşlı Kardaşyan polisin ona etdiyi telefon zəngi ilə həyatının ən böyük şokunu yaşadığını bildirib.

Kim Kardaşyan göz yaşları içində etiraf edib:

“Mənə çox yaxın bir insan həyatımı məhv etmək üçün qatil tutub”.

Kardaşyanın həyatındakı ən böyük sarsıntılardan biri 3 oktyabr 2016-cı ildə Parisdə baş verib. Həmin gecə polis formasında olan maskalı şəxslər onun qaldığı hotel otağına daxil olublar. Onlar Kim Kardaşyanın 4 milyon dollarlıq nişan üzüyü də daxil olmaqla, çoxsaylı zinət əşyalarını oğurlayıblar.

Hadisədən sonra 17-dən çox şəxs saxlanılıb. 23 may 2023-cü ildə isə dəstənin başçısı və 7 üzvü məhkəmə tərəfindən günahkar bilinərək cəzalandırılıb.

Kardaşyan 2023-cü ilin mayında keçirilən məhkəmə iclasında verdiyi ifadədə deyib:

“O an mənə təcavüz edəcəklərindən əmin idim. Öləcəyimi düşündüm”.

Kim Kardaşyan o gecənin travmasını hələ də yaşadığını və özünü hər an təhlükə içindəymiş kimi hiss etdiyini bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR