Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda universitet tələbəsi olan qız ətək geyindiyi üçün tanımadığı bir qadın tərəfindən hücuma məruz qalıb.
Musavat.com xəbər verir ki, hadisə anı ərazidəki təhlükəsizlik kamerasına əks olunub.
Hadisə İstiqlal küçəsində yerləşən bir mağazanın qarşısında baş verib. İddialara görə, mağazaya daxil olmaq istəyən gənc qıza tanımadığı bir qadın yaxınlaşıb və onun ətək geyindiyini əsas gətirərək əvvəlcə təhqir edib, daha sonra isə hücum edib.
Hadisədən sonra zərərçəkən qadın Saraybahçe Polis Bölməsinə müraciət edib. O bildirib ki, hücum zamanı saçlarının bir hissəsi qoparılıb və təhqirlərə məruz qalıb.
Musavat.com
06 Oktyabr 2025
05 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ