İnsanlara hürriyət, millətlərə istiqlal!

UNEC tələbələri АССА imtahanlarında ölkə birincisi oldular

UNEC tələbələri АССА (İxtisaslaşmış Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) imtahanında müxtəlif kateqoriyalar üzrə ölkə birincisi olublar.

Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsi Fərid Əliyev ACCA imtahanında “Taxation”(vergitutma) üzrə Azərbaycanda ən yüksək nəticəni əldə etməklə, “Placewinner” mükafatına layiq görülüb. F.Əliyev ümumilikdə “ACCA Member” statusu üçün tələb olunan 13 sertifikatdan 7-nə malikdir.

Hazırda dünyanın ən nəhəng “Böyük Dördlük” şirkətlərindən olan “Ernst&Young”da audit üzrə mütəxəssis vəzifəsində çalışır.

Beynəlxalq İqtisadiyyat Mətkəbinin (ISE) maliyyə ixtisası üzrə 4-cü kurs tələbəsi Anar Abbasov isə ACCA imtahanında “Strategic Business Reporting” (Strateji Biznes Hesabatı) üzrə 5-ci dəfə ölkə birincisi və dünya dördüncüsü olub. Anar Abbasov hazırda Böyük Dördlüyün konsaltinq şirkətlərindən olan “Deloitte”də maliyyə məsləhətçisi vəzifəsində çalışır.

Tələbələrimizi təbrik edirik, onlara yeni-yeni uğurlar arzulayırıq!

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR