İnsanlara hürriyət, millətlərə istiqlal!

Ümidin və kədərin fotosu - Dağıntılar altında axtarılan MÖCÜZƏ...

Günlərdir dünyanın gözü zəlzələ bölgəsindən gələn xəbərlərdədir...

Dünya, demək olar ki, Türkiyə üçün səfərbər olub. Dünyanın hər yerindən - müharibə vəziyyətində olan Ukraynadan, münasibətlərin gərgin olduğu Yunanıstana qədər hər yerdən Türkiyəyə dəstək və yardım gəlir.

Mütəxəssis qruplar dağıntılar altında qalanları xilas etmək üçün zamanla yarışır. Ümidlər hər keçən saat azalır.

Musavat.com xəbər verir ki, Associated Press (AP) beynəlxalq xəbər agentliyinin Antakyadan çəkdiyi kadr bütün dünyanı təsirləndirib və ümid dolu, həm də acı gözləntiləri ortaya qoyub.

63e8870d4e3fe0176484959d.jpg (116 KB)

AP şəkli oxucuları ilə aşağıdakı qeydlə paylaşıb:

"Antakyada bir ailə çökmüş binanın yanında oturub, dağıntılar altından yaxınlarının çıxarılmasını gözləyir..."

Bu kadr qısa müddətdə dünyanın müxtəlif yerlərində bir çox xəbər platformaları tərəfindən paylaşılıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR