Onlayn ictimai-siyasi qəzet
Avropa İttifaqı diplomatiyasının tanınmış simalarından biri olan Estoniyanın Baş naziri Kaja Kallas Ukraynaya dəstəyin davam etdirilməsinin zəruriliyinə toxunaraq çox sərt xəbərdarlıq edib.
“Ukraynaya daha çox kömək etməliyik – bu, təkcə Kiyev üçün deyil, öz təhlükəsizliyimiz üçün də vacibdir. NATO-nun baş katibi Mark Ryuttedən sitat gətirirəm: əgər Ukraynaya dəstəyi dayandırsanız, rus dilini öyrənməyə başlayın,” – deyə o, The Guardian nəşrinə bildirib.
Musavat.com xəbər verir ki, Kallas əlavə edib ki, Ukraynanın döyüş meydanında bu gün nə qədər güclü olması, sabah danışıqlar masası arxasında bir o qədər üstün mövqedə olmasına imkan verəcək. Onun sözlərinə görə, yalnız güclü müqavimət göstərməklə Rusiya real dialoqa hazır ola bilər.
Musavat.com
18 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ