Onlayn ictimai-siyasi qəzet
Ukraynaya güc yolu ilə sülh lazımdır, Avropa da bunu istəyir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen deyib.
Komissiya rəhbəri qeyd edib ki, Tramp da bunu istəyir: “Ukraynaya güc vasitəsilə sülh lazımdır. Avropa güc yolu ilə sülh istəyir. Prezident Donald Tramp açıq şəkildə bildirib ki, Birləşmiş Ştatlar güc vasitəsilə sülhə sadiqdir”.
O, birgə səylərlə ədalətli və davamlı sülhün təmin olunacağına inandığını bildirib. Von der Lyayen onu da əlavə edib ki, Ukrayna hamıdan çox sülh istəyir.
Musavat.com
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ