İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya DƏHŞƏTLİ HÜCUM - Rusiya BU RAKETLƏRDƏN istifadə edir

Bu gün səhər Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma keçib.

Musavat.com-un UNİAN-a istinadən verdiyi məlumata görə, axşam saatlarında Rusiya Ukraynaya pilotsuz uçuş aparatları buraxıb, səhərə yaxın isə “Tu-95MS” strateji bombardmançı təyyarələrindən yeddi ədəd havaya qalxıb. Saat 05:03-də Qara dəniz akvatoriyasından “Kalibr” raketləri buraxılıb.

Ən son məlumatlar:

  • Saat 07:46: Nikolaev bölgəsindən Vinnitsa və Kirovoqrad istiqamətinə raketlər buraxılıb.
  • Saat 07:45: Çerkassi vilayətindən Kiyev vilayətinə raketlər göndərilib.
  • Saat 07:44: Cənub-şərqdən Kiyev istiqamətinə raket atılıb.
  • Saat 07:43: Bila Tserkva şəhərinə doğru raketlər göndərilib.
  • Saat 07:41: Çerkassi vilayətindən Vinnitsa istiqamətinə, həmçinin Nikolaevdən şimala raketlər buraxılıb.
  • Saat 07:38: Çerkassi bölgəsindən qərb istiqamətinə, həmçinin şimaldan Krivoy Roqa doğru raketlər göndərilib.
  • Saat 07:37: Çerniqov yaxınlığında raketlər müşahidə olunub.
  • Saat 07:36: Nikolaev bölgəsindən Odessaya doğru qanadlı raketlər buraxılıb.
  • Saat 07:35: Çerniqovdan Çerkassi istiqamətinə Poltava üzərindən raketlər göndərilib.
  • Saat 07:32: Kanev istiqamətinə raket göndərilib.
  • Saat 07:29: Xersondan Nikolaev istiqamətinə daha bir raket qrupu buraxılıb.
  • Saat 07:27: Poltava bölgəsindən Çerkassi istiqamətinə raketlər atılıb.
  • Saat 07:25: Xersondan Kirovoqrad istiqamətinə raket buraxılıb. Çerkassi və Kremençuq şəhərlərinə raketlər göndərilib. Daha bir raket Xersondan Nikolaevə atılıb.
  • Saat 07:23: Sumı vilayət rəhbərliyi Şostka icmasının infrastrukturuna raket zərbəsi endirildiyini bildirib. Ukrayna Silahlı Qüvvələri Priluki istiqamətində raketlər barədə məlumat yayıb.
  • Saat 07:21: Lubnı istiqamətinə raketlər buraxılıb.
  • Saat 07:19: Piryatin (Poltava bölgəsi) istiqamətinə raketlər göndərilib.
  • Saat 07:18: Əsas raketlərin Çerniqovdan daxil olduğu, bəzilərinin Poltava, bəzilərinin isə Kiyev vilayətinə yönəldiyi qeyd edilir.
  • Saat 07:16: Xersondan Nikolaevə, Çerniqovdan isə Poltava istiqamətinə raketlər buraxılıb.
  • Saat 07:14: Çerniqovdan Kiyev istiqamətinə raketlər hərəkət edir. Priluki üzərində də raket müşahidə olunub.
  • Saat 07:08: Çerniqov bölgəsində cənuba doğru qanadlı raketlər atılıb.
  • Saat 07:02: Zaporojye istiqamətində yüksək sürətli hədəf barədə məlumat yayılıb.
  • Saat 06:57: Volın vilayət rəhbəri İvan Rudnitski partlayışlar barədə məlumat verib. 
  • Saat 06:43: Energetika naziri German Qaluşenko enerji obyektlərinin hücuma məruz qaldığını bildirib.
  • Saat 06:37: Xarkovda üç hücum qeydə alınıb, xəsarət alan yoxdur.
  • Saat 06:30: "Kalibr" raketlərinin hələ də aktiv olduğu və "Tu-95MS" təyyarələrindən yeni raketlərin yaxınlaşdığı bildirilir.
  • Saat 06:27: Rovno və Luck şəhərlərində partlayışlar barədə məlumat yayılıb.
  • Saat 06:26: Kiyevə qanadlı raketlərin hücum təhlükəsi elan edilib.
  • Saat 06:23: Luck şəhərində partlayışlar qeydə alınıb.
  • Saat 06:22: Ternopol bölgəsindən qərbə doğru hərəkət edən raketlər müşahidə olunub.

Xatırladaq ki, 18 noyabrda Rusiya Odessaya "İskander-M" ballistik raketi ilə zərbə endirib. 11 nəfər həlak olub, 50-dən çox insan yaralanıb. 25 noyabrda isə Rusiya ordusu yenidən Odessaya hücum edib, 11 nəfər yaralanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Aprel 2025

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR