Onlayn ictimai-siyasi qəzet
8 Noyabr – Zəfər Günü münasibətilə Pakistanda Baş nazir ofisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Pakistandakı səfirliyi yayıb.
Bildirilib ki, həmçinin İslamabadda yerləşən Parlament binası və Pakistan Ali Məhkəməsi də Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ