İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynaya ayrılan milyardlarla pulu mənimsəyən rus kəşfiyyatçılar... - Yeni faktlar

Xəbər verildiyi kimi, bu günlərdə Qərb və Ukrayna mətbuatında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ukraynada təbliğat diverisya və dağıdıcılıq fəlaiyyətinin həyata keçrilməsi üçün federal büdcədən ayrılan pulları mənimsəməsi ilə bağlı yeni skandal materiallar dərc olunub.

Musavat.com xəbər verir ki, rusiyalı mühacir milyarder Mixail Xodorkovski bununla bağlı yeni faktların ortaya çıxdığını bildirib.


Bu barədə məlumat yayan agentliklər və saytlar FTX-nin əslində Ukraynada ciddi fəaliyyət göstərmədiyini və imitasiya ilə məşğul olduğunu, Kremlə şişirdilmiş hesabatlar göndərdiyini qeyd edirlər. Onlar öz hesabatlarında bütün Ukraynanın “Kiyev xuntası”ndan azad olunmağı həsrətlə gözlədiyi barədə yalan məlumatlar ötürüblər.

Qalmaqalda ən çox FTX-nın 5-ci xidmətinin rəisi, general Sergey Beseda və 5-ci xidmətin operativ informasiya şöbəsinin rəisi Anatoli Bolyuxun adları çəkilir. KİV-in məlumatına görə, onlar bu günlərdə dövlətə xəyanət ittihamı ilə saxlanılıb, lakin ev dustaqlığına buraxılıblar.

Maraqlıdır ki, Rusiyanın müxalifyonlü “Dosye” araşdırma mərkəzi, Bolyux və Besedanın həbsi ilə bağlı şayiələr çox şişirdildiyini, həmin generalları ciddi təhlükə gözləmədiyini yazıb.

Formal olaraq FTX-nın 5-ci idarəsii beynəlxalq əməkdaşlığa cavabdehdir, yəni müxtəlif xarici kəşfiyyat xidmətləri ilə əlaqə saxlayır və operativ məlumat mübadiləsi aparır. Lakin bu idarənin, əslində həm də xarici kəşfiyyatla məşğul olduğu , xüsusən də keçmiş Sovet İttifaqı ölkələrində ciddi iş gördüyü məlum olub.

1e907e88-4042-44b4-8b81-47a5a0ab2a76.jpg (34 KB)

5-ci idarəsnin rəhbəri Sergey Orestoviç Beseda əslən Leninqraddandır. Onun Rusiya prezidentinin yaxın dostları sayılan Rotenberq qardaşlarına və Konstantin Qoloşçapova yaxınlığı bilinir. Besedanın buna görə də təhlükəsilizk strukturları içində “toxunulmaz” çekistlərin dar dairəsinə daxil olduğu qeyd edilir. O, öz oğlu ilə birlikdə Moskva yaxınlığındakı Akulinino kəndində Kremlpərəst oliqarxlar- Arkadi Rotenberq, Vladimir Yakunin və Sergey Çemezovla qonşuluqda malikanə tikdirib.

Bundan əlavə, Sergey Beseda FTX-nın mərkəzi aparatında Moskva vilayətinin Barvixa qəsəbəsinin yanındakı Kalçuqa kəndində "qızıl" torpaq sahələrini ala biləcək bir neçə güclü adamdan biri olub. Həmin ərazidə bir vaxtlar təhlükəsizlik orqanlarının işçilərinin uşaqları üçün uşaq düşərgəsi yerləşibmiş. Lakin sözgüdən düşərgə sonradan sökülüb və torpaq osetin milyarder İqor Kesayevə satılıb. Bəzi hesablamalara görə, Sergey Beseda bu müqavilədən təxminən 2,5 milyon dollar qazanıb.

2014-cü ildə Kiyevdə Maydan hadisələri zamanı general S.Beseda Xarici Kəşfiyyat Xidməti (XKX) və Baş Kəşfiyyat İdarəsinin (Müdafiə Nazirliyi) bir neçə yüksək rütbəli zabiti ilə birlikdə Ukraynaya gəlib. Onların vəzifəsi hadisələrin gedişini keçmiş prezident Viktor Yanukoviçin xeyrinə çevirmək imiş. Lakin Rusiya kəşfiyyatının bütün cəhdlərinə rəğmən proses tam tərsinə cərəyan edib. Prezident administrasiyasındakı mənbələrin verdiyi məlumata görə, Putin əməliyyatın uğursuzluğundan son dərəcə qəzəbli olub və günahkarların cəzalandırılmasını tələb edib. 2015-ci ildə 5-ci xidmətdə təmizləmələr aparılsa da, Sergey Besedaya toxunulmayıb və o, xidmətini davam etdirib.

Amma onun müavini, operativ informasiya şöbəsinin müdiri Anatoli Bolyux vəzifəsini itirib. Dosye mərkəzinin qaynaqları generalın gözdən düşdüyünü və çoxdan xidmətdən getdiyini təsdiqləyib.

0b7ab206-de59-4219-b60d-f564b9d4e5ba.jpg (128 KB)

Bu hadisə ilə bağlı Beseda və Bolyuxdan başqa, Ukraynanın keçmiş kuratoru Vladislav Surkov və Xarici Kəşfiyyat Xidmətinin keçmiş generalı Vladimir Çernovun da adı çəkilir. Sonuncu əvvəllər prezident administrasiyasında MDB ölkələri ilə “mədəni əlaqələrə” nəzarət edib. Onların Ukraynaya qarşı mübarizəyə ayrılan milyardlara “qənaət etdikləri” vurğulanıb.

XKX generalı Vladimir Çernov keçmiş müdafiə naziri Sergey İvanovun yaxın çevrəsinə daxil olan adamdır. Vaxtilə hər ikisi SSRİ zamanında DTK-nın Finlandiyadakı rezidenturasında birlikdə xidmət ediblər və sonrada Prezident Administrasiyasına rəhbərlik edən Sergey İvanov MDB ölkələrini məhz Çernova “həvalə” edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR