İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın zərbələri Rusiya ordusunun imkanlarını tamamilə tükəndirməyə yönəlib - ekspertlər

Ukrayna Silahlı Qüvvələri Krımın şimalında Sivas körfəzi üzərindən Çonqar körpülərini vurub.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu körpülərin sıradan çıxarılması strateji əhəmiyyət kəsb edir.

Belə ki, həmin körpülər Rusiya ordusunun işğal etdiyi Krımdan Geniçesk və Melitopola gedən ən qısa yollar sayılır.

Körpülərin zədələnməsi ilə əlaqədar olaraq, Canköydən Melitopola döyüş sursatları və digər təchizatın daşınması Armyanskdan E97 və E58 magistralları ilə aparılır. Bu isə yolun yolun iki dəfə (300 km) uzanması deməkdir. Halbuki Çonqardan keçən magistral yolla bu məsafə sadəcə 157 km təşkil edir.

Hərbi analitik Yan Matveyevin sözlərinə görə, körpülərə zərbə Rusiya ordusunun işğal olunmuş ərazilərdə maddi-texniki təminatını çətinləşdirir.

“Çonqardakı keçidlər dağıdılsa və Armyansk vilayətindəki yol (E97 şossesi) sıradan çıxarılsa, o zaman Zaporojye cəbhəsi Krımla əlaqəsi kəsiləcək”, - deyə ekspert bildirib.

Tədarük Mariupol vasitəsilə davam etdirilsə də rusların işi çətinləşəcək Çünki aktiv döyüş şəraitində mümkün qədər çox təchizat marşrutunu saxlamaq olduqca vacibdir”,-deyə o qeyd edib.

Ekspertin bildirdiyinə əsasən, Ukrayna Silahlı Qüvvələri körpüləri və nəqliyyat infrastrukturunun kritik nöqtələrini uzaq mənzilli və dəqiq “Storm Shadow” raketləri ilə vurub.

ABŞ mərkəzli Müharibənin Tədqiqi İnstitutunun ekspertlərinə görə, Ukrayna Silahlı Qüvvələri Rusiya qüvvələrini tədricən tükəndirmək və qarşıdan gələn əsas hücum üçün şərait yaratmaq üçün hazırda bütün cəbhə boyu silsilə hücumlar və zərbələr həyata keçirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR