Onlayn ictimai-siyasi qəzet
"Ukraynanın Kurskdakı irəliləyişlərində nəzərəçarpacaq səngimə var və bu onu göstərir ki, Kiyevin planı Rusiya qoşunlarının Ukraynadakı prioritetlərinə təzyiq yarada bilmir".
Musavat.com bildirir ki, bu sözləri siyasi təhlilçi Aqşin Kərimov bildirib.
Onun sözlərinə görə Rusiyanın Donetskdəki təmas xəttini irəli çəkməsi Ukraynanı çətin vəziyyətə salır:
"Ukraynanın Kurska daxil olması ilk günlərdə informasiya məkanında və hərbi-siyasi müstəvilərdə şok effekti yaratsa da, yaşanan durğunluq Kiyevin heyrətamiz sürprizi əlindən buraxdığına dair təsəvvürlər formalaşdırır.
Rusiyanın Ukraynadakı hərbi kampaniyası rəsmi Moskvanı əlavə daxili təhlükəsizlik çətinlikləri ilə üzləşdirəcək. Rusiya daxilində ekstremizm hərəkatında dönüş mərhələsinə daxil olunması üçün Moskvanın rəqiblərinin plan hazırladığını deyə bilərik.
Ukraynanın Kursku yüksək səviyyəli cəbhə sektoru kimi prioritetləşdirməsi Moskvanın aviasiya hücumlarının şiddətlənməsinə gətirib çıxardı. Rusiyanın bu gün Ukraynanı intensiv aviasiya hücumlarına məruz qoyması Kurskdakı döyüşlərin Moskvanın toparlanmasına ciddi maneə yaratmadığını göstərir".
Xalidə Gəray
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ