İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın erməni əsilli iş adamları Ermənistanda

Ermənistan prezidenti Vaaqn Xaçatryan erməni əsilli ukraynalı biznesmenlərlə görüşüb.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, Xaçatryan Ukraynadakı mövcud vəziyyəti nəzərə alaraq iş adamlarının gəlişini yüksək qiymətləndirdiyini bildirib.

O, belə bir formatın Ermənistan-Ukrayna biznes əlaqələrinin və ticarət-iqtisadi əməkdaşlığın inkişafı üçün stimul olacağını, həmçinin Ukraynadakı erməni icmasının həyatında müsbət rol oynayacağını vurğulayıb.

Xaçatryan Ermənistandakı iqtisadi vəziyyət, digər məsələlərlə yanaşı, biznes üçün əlverişli şəraitin yaradılması, yeni texnologiyaların tətbiqi və rəqəmsallaşmaya yönəlmiş islahatlardan danışıb.

Qeyd edək ki, Ukraynadakı erməni əsilli biznesmenlərdən ibarət nümayəndə heyəti Ermənistana gəlib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR