İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ”ın ilk ev sınağı

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, Ağdam klubu Avropa Liqasında Liqa mərhələsinin II turunun matçına çıxacaq.

Qurban Qurbanovun yetirmələri İsveç “Malmö”sü ilə üz-üzə gələcəklər. Təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Birinci turda “Tottenhem”ə 0:3 hesabı ilə uduzan Ağdam klubu ilk xallarını qazanmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, “Qarabağ” növbəti oyununu oktyabrın 24-də keçirəcək. 11 qat ölkə çempionumuz III turda Niderland təmsilçisi “Ayaks”ı qəbul edəcək.

Avropa Liqası
Liqa mərhələsi, II tur
3 oktyabr
20:45. “Qarabağ” – “Malmö”
Baş hakim: 
Anastasios Papapetrou (Yunanıstan)
Tofiq Bəhramov adına Respublika Stadionu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR