İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın enerji infrastrukturuna DƏHŞƏTLİ HÜCUM var, ölkədə hava hücumu XƏBƏRDARLIĞI elan edildi

Rusiya Federasiyasının silahlı qüvvələri Ukraynanın mühüm enerji infrastruktur obyektlərinə kütləvi zərbələr endirib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Sakinlər Kiyev, Xarkov, Krivoy Roq, Dnepr, Kremençuq və digər şəhərlərdə çoxsaylı partlayışların baş verdiyini bildirir.

Poltava vilayətinin qubernatoru artıq hücum nəticəsində sənaye obyektinin zədələndiyini qeyd edilib. Xmelnitski rayonunda da infrastruktur obyektinə ziyan dəyib.
Ukrayna hakimiyyəti ölkə ərazisi üzərində onlarla raket və pilotsuz uçan aparatının olduğunu bildirib.

Bunun Rusiya Silahlı Qüvvələrinin son vaxtlar Ukrayna ərazisinə etdiyi ən kütləvi hücumlardan biri olduğu diqqətə çatdırılıb.

Rusiya Müdafiə Nazirliyindən hələlik rəsmi şərh verməyib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız siyasi ekspert Rizvan Hüseynovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR