İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın əks-hücumları ən çox ona zərbə vurub

Rusiyanın müdafiə naziri Sergey Şoyqu öz populyarlığını sürətlə itirir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin son sorğusu bunu göstərir.

Bu ilin may ayının nəticələrinə görə, Şoyqunun şəxsi reytinqi antirekorda - 4%-ə düşüb. Müharibənin 15 ayı ərzində onun populyarlığı 4 dəfədən çox azalıb (2022-ci ilin fevralında Şoyquya rusların 17%-i etibar edirdi). İndi o, Putinin Nazirlər Kabinetindəki digər tabeliyində olan şəxslərdən - Mişustin və Lavrovdan belə 3 dəfə az populyardır.

Müdafiə naziri həmçinin ilk dəfə olaraq Rusiyanın qeyri-populyar siyasətçiləri siyahısında ikinci yeri tutub. İndi Şoyquya rusların 6%-i (apreldə cəmi 4%) etibar etmir. Müdafiə Nazirliyinin rəhbəri hazırda reytinqi 5,2%-ə düşən Vladimir Putini qabaqlaya bilib və bu siyahının daimi lideri Gennadi Züqanova (6,2%) çatıb.

Qeyd edək ki, uzun illər Şoyqu Rusiyanın ən populyar naziri sayılıb və hətta Putinin varisi hesab olunub. İndi o, Ukraynanın əks-hücumunun və Rusiyanın müharibədə heç bir qələbə qazanmadığı xəbərləri fonunda mövqelərini itirir. Şoyqunu Vaqner ÖHŞ-nin rəhbəri Yevgeni Priqojin daim tənqid edir və hətta lənətləyir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR