İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanı bombalayan, insanları öldürən adamın Praqadakı mülkləri avropalıları qəzəbləndirdi  


Avropa Parlamentinin deputatları Rusiyanın raket istehsalının rəhbərinə qarşı sanksiyalar tələb ediblər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Avropa Parlamentinin 15 deputatı Avropa Komissiyasına, Avropa Şurasına və Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsinə məktub göndərərək “Taktiçeskoe raketnoe voorujeniye” holdinqinin sahibi Boris Obnosov və onun ailəsinə qarşı sanksiyaların tətbiq edilməsini istəyiblər.

Qeyd edək ki, Obnosovun şirkəti Rusiya ordusunun mütəmadi olaraq Ukraynanı atəşə tutduğu “X-101” qanadlı raketlərini istehsal edir.

Rusiya müxalifətinin lideri Aleksey Navalnının komandası bu yaxınlarda Obnosovlar ailəsinin Praqadakı elit daşınmaz mülklərini aşkar ediblər. Verilən informasiyaya görə, o, Obnosov Praqanın mərkəzinə yaxın 140 metrlik penthaus sahibidir. Obnosovun qızının əri Rostislav Zorikovun 77 milyon rubl dəyərində lüks avtomobil kolleksiyası var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR